"Belə rəqibdən xal almaq üçün qeyri-adi nəsə etməliyik" - Roman Yaremçuk

"Belə rəqibdən xal almaq üçün qeyri-adi nəsə etməliyik" - Roman Yaremçuk

Ukrayna millisinin hücumçusu Roman Yaremçuk Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində Belçika seçməsinə qarşı bu gün keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, RTBF onun dediklərini belə çatdırıb:

"Belçika yüksək səviyyəli yığmadır. Bizi çox çətin oyun gözləyir. Biz doğrudan da belə rəqibdən xal almaq üçün qeyri-adi nəsə etməliyik. ÇOx ümid edirəm ki, bu gün Belçikanın yox, Ukraynanın günü olacaq".

Xatırladaq ki, Ukrayna - Belçika qarşılaşması Bakı vaxtı ilə 20:00-da başlayacaq. Qrupdakı ilk görüşündə Rumıniyaya 0:3 hesabı ilə uduzan ukraynalılar ikinci görüşdə Slovakiyaya qalib gəliblər - 2:1. Birinci dueldə Slovakiyaya boyun əyən (0:1) Belçika isə növbəti oyununda Rumıniyanı 2:0 hesabı ilə üstələyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər