"Bayern" həmişə "Bayern"dir, amma "İnter"..." - Frank Riberi

"Bayern" həmişə "Bayern"dir, amma "İnter"..." - Frank Riberi

"Bayern Münhen"in və Fransa millisinin sabiq vingeri Frank Riberi Almaniya nəhənginin Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "İnter"ə qarşı keçirəcəyi oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Football Italia" belə çatdırıb:

"Bu, inanılmaz qarşılaşma olacaq.  İki nəhəng üz-üzə gələcək. "Bayern"də zədələlilərin sayı çox olsa belə... Belə matçlara həm fiziki, həm də psixoloji baxımdan 100 faiz hazır olmalısan. "Bayern" həmişə "Bayern"dir, amma "İnter" rəqibi ilə eyni səviyyədə komandadır. İtaliya təmsilçisi Çempionlar Liqasını qazanmağı hədəfləyəcək gücdə kollektivdir".

Qeyd edək ki, "Bayern" - "İnter" qarşılaşması  Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər