"Barselona"da Messi böhranı

"Barselona"da Messi böhranı

"Barselona" Lionel Messi ilə anlaşa bilmir. Fanat.Az xəbər verir ki, Kataloniya klubu argentinalı ulduzu ilə yeni müqavilə imzalamaq istəsə də, futbolçu istəkli görünmür.

Messinin mövcud müqaviləsi 2018-ci ildə başa çatacaq. "Barselona" yeni anlaşmanı marta qədər imzalamaq istəyir. Futbolçu isə yaya qədər gözləmək niyyətindədi.

"Barselona"nın yeni müqavilə təklifini rədd edən Messi "Mançester Siti"nin maraq dairəsindədi. Bu səbəbdən "Barselona"nın qarşıdakı günlərdə ona daha cəlbedici anlaşma təklif edəcəyi gözlənilir.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər