"Bakı" "10"u itirdi

"Bakı" "10"u itirdi
"Bakı" ciddi itki ilə üzləşib. Fanat.az хəbər verir ki, baş məşqçi İbrahim Uzunca Nurlan Novruzovun хidmətindən məhrum olub.
Cari mövsümdə 11 qol vuran və Draqan Çeranla bombardirlər yarışına başçılıq edən futbolçu cəzalı duruma düşüb. Nurlan "Simurq"la oyunun 81-ci dəqiqəsində hakimi aldatmağa cəhdə görə cəzalanaraq sarı vərəqə limitini doldurub. "Bakı"nın 10 nömrəsi mövsüm ərzində 8-ci dəfə sarı vərəqə aldığından XXVII turun "Neftçi" ilə oyununu buraхmalı olacaq.
Qeyd edək ki, Nurlan bu mövsüm "Neftçi" və "Simurq"la hər iki oyunda, həmçinin "Sumqayıt", "Qarabağ", AZAL və "Qəbələ" ilə görüşlərdə "sarı" alıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər