"Bakı" bütün futbolçularını transferə çıxardıb. Bu haqda məlumatı rekord.az-a klubun icraçı direktoru Yaşar Seyidov verib.
Onun sözlərinə görə, bütün klublar "Bakı"nın futbolçularını heyətinə qata bilər. Amma bir şərtlə: "Mən bu haqda Klublar Komitəsinin iclasında da danışdım. Bu gündən etibarən "Bakı"nın bütün futbolçularını transferə çıxardırıq. İstənilən klub bizim futbolçumuzu heyətinə qata bilər. Amma bir şərtlə ki, bunun müqabilində kluba müəyyən məbləğ ödəməlidir. Qoyacağımız məbləğ də münasibdi. Həmin transferdən gələcək pullarla isə klubun işçilərinin əmək haqqları ödəniləcək".
Fanat.az