Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov "Atletlər kəndi"də rusiyalı idmançılarla ukraynalılar arasında dava düşməsi ilə bağlı xəbərə reaksiya verib. Fanat.az xəbər verir ki, o, xəbəri təkzib edib: "Bakıda dava olmayıb"
Qeyd edək ki, idmançılar arasında davanın baş verməsi barədə məlumat ötən gün yayılıb. İdmançıların şəhərdə emosiyalarını saxlaya bilməyərək əlbəyaxa olduğu deyilirdi. Davanın qarşısını hüquq mühafizə orqanlarının müdaxiləsi ilə almaq olub.
Fanat.az