"Bakı-2015"in bağlanış mərasiminə nə qədər bilet qalıb? - VİDEO

"Bakı-2015"in bağlanış mərasiminə nə qədər bilet qalıb? - VİDEO
Avropa Oyunlarına maraq olduqca böyükdü. ANS TV-nin məlumatına görə, minlərlə tamaşaçı idmaçıları arenalarda dəstəkləmək üçün tribunalara axışır. 
Ənənəvi mətbuat konfransında çıxış edən Oyunların Əməliyyat Komitəsinin baş direktoru Saymon Kleq qeyri-iş günü ilə əlagədar bu gün tamaşaçıların daha da çox olduğu bildirib.
Saymon Kleq həmçinin oyunların bağlanış mərasiminə satılan biletlərin həcmindən də danışıb: “Dünən 9 məkanda 23 min 752 tamaşaçı olub. Bu orta hesabla 82,5 faiz tamaşaçı deməkdi. 6 yarışda tamaşaçı sayı baxımından 100 faizlik nəticə göstərilib. Bağlanış mərasiminə gəldikdə isə açılışdan sonra 8 min, dünən 15 min bilet satılıb. Ümumilikdə isə 400-420 min bilet satılıb. Bu 75 faiz göstərici deməkdi". 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər