Bu gün "Bakı-2015" I Avropa Oyunlarının akrobatikada növbəti yarışlar keçirilir. Fanat.az xəbər verir ki, yarışlarında 2 dəst medalın sahibləri müəyyənləşməlidi.
Qadınlardan ibarət qrupların mübarizəsi başa çatıb. 11 komandanın yarışında Azərbaycan millisi də çıxış edib. Yığmamız yarışa Lalə Hüseynova, Nərmin Ramazanova və Aynur Hüseynovadan ibarət “üçlük”lə qatılıb. 82,310 xal toplayan komandamız yarışı 5-ci pillədə başa vurub. Çempion adına belçikalılar yiyələnib - 86,480. Rusiya (85,430) 2-ci, Belarus (84,610) 3-cü olub.
Cütlüklərin mübarizəsində ölkəmizi Ulyana Dyakova və Anatoli Leonov təmsil edib. Onların çıxışı 77,430 xalla qiymətləndirilib. İdmançılarımız çıxışını 6-cı yerdə başa vurub.
Yarışın qalibi adına isə rusiyalılar Marina Çernova və Georgi Pataraya yiyələnib - 89,310. Belçikalılar Yana Vastavellə Solano Kassamayor (86,180) 2-ci, böyük britaniyalılar Hanna Bauqa və Rayan Barlett (85,160) 3-cü yeri tutub.
Fanat.az