"Bakı-2015" I Avropa Oyunlarında çimərlik voleybolu üzrə kişi və qadınların yarışında növbəti oyunlar keçirilib. Fanat.az xəbər verir ki, kişilər qrup mərhələsinin II turunda, qadınlar isə əvvəl pley-off, sonra 1/8 finalda qüvvəsini sınayıb.
Bu yarışda iştirak edən Azərbaycan komandaları ümumilikdə 5 oyun keçirib. Bu matçlarda voleybolçularımız 2 qələbə qazanıb, 3 məğlubiyyətə üzülüb.
Hər iki qadın komandamız qrupu iki və üçüncü pillədə tamamladığından, pley-offda iştirak ediblər. Vivyan Kunya - Zinaida Lyubimova cütlüyü 1/8 finala vəsiqə uğrunda finlandiyalı Erika Nistrom - Emilia Nistrom cütlüyü ilə qarşılaşıb. Rəqibi üzərində çətinlik çəkmədən qələbə qazanan komandamız 1/8 finala adlayıb.
Yuliya Kərimova və Rakel Ferreyradan ibarət digər komandamız isə çexiyalı həmkarları Diana Zolnerçikova və Martina Yakubsova önündə eyni uğuru təkrarlaya bilməyib. Gərgin mübarizə çexlərin qələbəsi ilə yekunlaşıb və Kərimova ilə Ferreyra mübarizəni dayandırıblar.
Vivyan Kunya/Zinaida Lyubimova cütlüyü 1/8 finalda İtaliya təmsilçiləri Laura Ciombini və Qiulia Totidən ibarət komanda ilə qarşılaşıb. 1:2 hesabı ilə məğlub olan komandamız mübarizəni dayandırıb.
Kişi komandalarımız qrupun II turunda fərqli nəticələrə imza atıb. Bernardo Romano - Leonid Qritsay cütlüyü norveçlilərə məğlub olubsa, Neylton Santos və Yaroslav Rudikdən ibarət yığmamız fransızlara qalib gəlib.
Çimərlik voleybolu
18 iyun
Qadınlar, Pley-off mərhələsi
Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) - Yulia Abalakina/Kseniya Dabija (Rusiya) - 2:0 (21:13, 21:14)
Marta Ozolina/Tina Qraudina (Latviya) - Daria Udovenko/Yelizaveta Sulima (Ukrayna) - 2:0 (21:16, 21:16)
Rimke Braakman/Jolien Sinnema (Hollandiya) - Panagiota Karaquni/Anna Pigi Metheniti (Yunanıstan) - 2:0 (21:15, 21:17)
Erika Nistrom/Emilia Nistrom (Finlandiya) - Vivyan Kunya/Zinaida Lyubimova (Azərbaycan) - 0:2 (19:21, 13:21)
Daniela Coria/Culia Momoli (İtaliya) – Karolina Baran/Yaqoda Qruşinska (Polşa) - 0:2 (19:21, 17:21)
Valeriya Babenka/Yana Milevskaya (Belarus) - Ester Boter Ribera/Amaranta Navarro Fernandes (İspaniya) - 1:2 (21:18, 16:21, 13:15)
Yekaterina Sirtçeva/Mariya Prokopeva (Rusiya) - Janne Konqşavn/Viktoriya Kyoelberq (Norveç) - 2:0 (21:10, 21:18)
Yuliya Kərimova/ Rakel Ferreyra (Azərbaycan) - Diana Zolnerçikova/Martina Yakubsova (Çexiya) - 0:2 (21:23, 19:21)
1/8 final
Sofi van Gestel/Yantin van der Vlist (Hollandiya) - Maria Lena Plesiutşniq/ Katarina Şutzenhofer (Avstriya) - 1:2 (18:21, 22:20, 13:15)
Nikole Eholzer/Nina Betşart (İsveçrə) - Marta Ozolina/Tina Qraudina (Latviya) - 2:1 (21:17, 16:21, 15:11)
Melinda Adelin/Laura Lonqet (Fransa) - Rimke Braakman/Jolien Sinnema (Hollandiya) - 0:2 (20:22, 19:21)
Yeva Dumbauskayte/Monika Povilaytite (Litva) - Karolina Baran/Yaqoda Qruşinska (Polşa) - 2:1 (21:16, 15:21, 17:15)
Karolina Rehaçkova/Eliska Qalova (Çexiya) - Ester Boter Ribera/Amaranta Navarro Fernandes (İspaniya) - 2:1 (16:21, 22:20, 15:13)
Rikka Letonen/Taru Lahti (Finlandiya) - Yekaterina Sirtçeva/Mariya Prokopeva (Rusiya) - 0:2 (18:21, 17:21)
Laura Ciombini/Qiulia Toti (İtaliya) - Vivian Kunya/Zinaida Lyubimova (Azərbaycan) - 2:1 (17:21, 21:17, 15:11)
Paula Qutyerres Soria/Angela Errero Lobato (İspaniya) - Diana Zolnerçikova/Martina Yakubsova (Çexiya) – 2:1 (21:16, 20:22, 15:11)
Kişilər, II tur
A qrupu
Aleks Rangieri/Enriko Rossi (İtaliya) - Lukas Kazdailis/Arnas Rumseviçyus (Litva) - 2:0 (21:9, 22:20)
Bernardo Romano/Leonid Qritsay (Azərbaycan) – Morten Kvamsdal/Oevind Hordvik (Norveç) - 1:2 (19:21, 21:19, 12:15)
B qrupu
Fransisko Tomas Kuadrado/Sezar Menendes Orteqa (İspaniya) - Aleksey Denin/Aleq Plotnitski (Ukrayna) - 1:2 (21:18, 16:21, 14:16)
Maçey Rudol/Maçey Kosyak (Polşa) – Aleksey Strasser/Qabriel Kisslinq (İsveçə) - 0:2 (18:21, 15:21)
C qrupu
Paolo İnqrosso/Matteo İnqrosso (İtaliya) - Aleksandr Solovey/Ruslan Sorokins (Latviya) – 2:0 (21:17, 21:16)
Nikos Zupani/Georgios Kotsilianos (Yunanıstan) – Yaroslav Qordeyev/Vladislav Yemelyançuk (Ukrayna) – 2:1 (17:21, 22:20, 15:7)
D qrupu
Martins Plavins/Haralds Reqza (Latviya) - Aleksandr Kavalenka/Aleksandr Dziadku (Belarus) - 2:1 (24:22, 17:21, 15:11)
Peter Eqlser/Daniel Mullner (Avstriya) - Pekka Pippo/Yurki Nurminen (Finlandiya) - 2:1 (16:21, 21:15, 15:9)
E qrupu
Səlçuk Şəkərci/Hasan Mermer (Türkiyə) - Premisl Kubala/Yan Hadrava (Çexiya) – 0:2 (15:21, 13:21)
Steven van de Velde/Maykl van Dorsten (Hollandiya) - Sean Faiqa/Ariel Hilman (İsrail) – 0:2 (17:21, 16:21)
F qrupu
Yaroslav Koşkarev/Dmitri Barsyuk (Rusiya) - Peter Kildeqard/Kristoffer Abell (Danimarka) - 2:0 (21:18, 21:16)
Yannik Salvetti/Jan-Baptiste Doqer (Fransa) – Engin Özbək/Hakan Göktepe (Türkiyə) - 2:0 (21:13, 21:17)
G qrupu
Tobias Vinter/Lorens Peter Petutşniq (Avstriya) - Kristo Kollo/Rivo Vesik (Estoniya) - 2:0 (21:15, 21:16)
Fransisko Marko Arroyo/Kristian Rodriges Qarsiya (İspaniya) – Kris Qreqori/Jak Şif (Böyük Britaniya) - 2:0 (23:21, 21:14)
H qrupu
Marko Krattiger/Sebastian Çevallier (İsveçrə) - Robert Kufa/Yan Dumek (Çexiya) - 2:1 (21:19, 15:21, 15:10)
Neylton Santos/Yaroslav Rudik (Azərbaycan) – Romain di Cantommaso/Maksim Tierçi (Fransa) - 2:1 (23:25, 21:13, 15:10)
Fanat.az