​"Bakı 2015" UNİCEF-lə müqavilə imzaladı

​"Bakı 2015" UNİCEF-lə müqavilə imzaladı

Bu gün "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi və UNİCEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Fanat.az xəbər verir ki, "Fairmont" hotelində baş tutan mərasimdə gənclər və idman naziri, "Bakı 2015"in baş icraçı direktoru Azad Rəhimov, eləcə də UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari-Pyer Puarye iştirak edib.

İlk olaraq "Bakı 2015" və UNİCEF haqda təqdimat videosu təqdim edilib. Daha sonra tərəflər əməkdaşlıq müqaviləsini imzalayıb. Sonda isə rəsmilər jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda Bakı və Mingəçevirdə keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər