"Bakı-2015": Tennisçiləriniz üçün Avropa Oyunları bitdi - YENİLƏNİB

"Bakı-2015": Tennisçiləriniz üçün Avropa Oyunları bitdi - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında stolüstü tennisçilərin fərdi yarışlarına start verilib. Fanat.az xəbər verir ki, Bakı İdman Zalında kişi və qadınların yarışının ilk dövrəsi keçirilib.
 
Qadınların yarışında çıxış edən hər iki təmsilçimiz mübarizəni I dövrədə dayandırıb. Rüfət Quliyeva rumıniyalı Bernadet Şoşla qarşılaşıb. Tennisçimiz 0:4 (5:11, 9:11, 6:11, 5:11) hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Məryəm İmanova ispaniyalı Qalla Dvorak qarşısında aciz qalıb - 0:4 (5:11, 9:11, 10:12, 4:11).
 
Kişilərin yarışındakı təmsilçilərimizdən Ramil Cəfərov polşalı Jenqyi Vanqla görüşüb və 0:4 hesabı ilə yenilib (11:6, 11:5, 11:9, 11:5). Fərhad İsmayılov isə italiyalı Matey Boboçikaya 0:4 hesabı ilə uduzub (11:5, 11:5, 11:8, 11:9).
Qeyd edək ki, komanda yarışlarında da təmsilçilərimiz ilk oyunda məğlub olub. İyunun 13-də qadınlarımız Fransa, kişi komandamız Polşa ilə görüşdə 0:3 hesabı ilə yenilərək, mübarizəni dayandırıb.
Kişilər
Vanq Zenqi (Polşa) - Ramil Cəfərov (Azərbaycan) 4:0
Kalinikos Kreanqa (Yunanıstan) - Kedrik Nuytink (Belçika) 4:3
Niaqol Stoyanov (İtaliya) - Karlos Maşado (İspaniya) 4:2
Boyan Tokiç (Sloveniya) - İvan Katkov (Ukrayna) 4:0
Adam Pattantyus (Macarıstan) - Matiss Burgis (Latviya) 4:0
Par Qerell (İsveç) - Pavel Platonov (Belarus) 4:1
Ahmet Li (Türkiyə) - Lubomir Pistey (Slovakiya) 0:4
Mihay Bobokika (İtaliya) - Fərhad İsmayılov (Azərbaycan) 0:4
Tomas Koneçni (Çeхiya) - Daniel Kosiba (Macarıstan) 3:4
Kirill Skaçkov (Rusiya) - Jean-Mişel Sayve (Belçika) 1:4
Conatan Qrot (Danimarka) - Mark Duran (İspaniya) 2:4
Lei Kou (Ukrayna) - Konstantin Kioti (Rumıniya) 4:1
Daniel Qorak (Polşa) - Benedek Olah (Finlandiya) 4:2
Ruivu Tan (Xorvatiya) - Admir Duranspahiç (Bosniya və Herseqovina) 3:4
Yanq Vanq (Slovakiya) - Aleksandar Karakaseviç (Serbiya) 4:3
Qadınlar
Katarina Qribovska (Polşa) - Qabriela Feher (Serbiya) 2:4
Ruta Paskauskiene (Litva) - Kelli Sibley (Böyük Britaniya) 4:2
Bernadette Szoks (Rumıniya) - Rüfət Quliyeva (Azərbaycan) 4:0
Eva Odorova (Slovakiya) - Linda Berqstrom (İsveç) 4:2
Renata Strbikova (Çeхiya) - Luiza Kourea (Cənubi Kipr) 4:0
Yuan Tian (Xorvatiya) - Alina Arlouskaya (Belarus) 4:0
Xia Lian Ni (Lüksemburq) - Lisa Lunq (Belçika) 4:0
Matilda Ekholm (İsveç) - Anelia Karova (Bolqarıstan) 4:0
Lea Rakovaç (Xorvatiya) - Aleksandra Privalova (Belarus) 4:1
Barbora Balazova (Slovakiya) - Aleks Qaliç (Sloveniya) 4:1
Karole Qrundiş (Fransa) - Sarah de Nutte (Lüksemburq) 4:3
Qalia Dvorak (İspaniya) - Məryəm İmanova (Azərbaycan) 4:0
Yana Noskova (Rusiya) - Raçel Moret (İsveçrə) 4:1
Dora Madaraş (Macarıstan) - Leila Oliveyra (Portuqaliya) 4:3
Anamaria Erdelyi (Serbiya) - Letiziya Qiardi (San Marino) 4:0
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər