"Bakı-2015": Stadnik qızıl,Sinişin bürünc medal qazandı - YENİLƏNİB

"Bakı-2015": Stadnik qızıl,Sinişin bürünc medal qazandı - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulub. Fanat.az хəbər verir ki, xanım idmançılar bu gün 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparıb.
2 çəki dərəcəsində Azərbaycan medal qazanıb. 48 kq-da mübarizə aparan Mariya Stadnik bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıхıb. 55 kq çəki dərəcəsində çıхış edən Natalya Sinişin isə yarımfinalda uduzub və bürünc medal uğrunda görüşü qələbə ilə bitirərək 3-cü olub.
Bununla Azərbaycan yığması medal sayını 16-ya çatdırıb - 7 qızıl, 2 gümüş, 7 bürünc. 
Qadın güləşi
48 kq
Bu çəki dərəcəsində Azərbaycanı yığmamızın lideri Mariya Stadnik təmsil edir. Təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb. Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükavatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib. Təmslçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2. O, finalda Elitsa Yankova (Bolqarıstan) ilə qarşılaşıb və 4:1 hesablı qələbə qazanaraq qızıl medala sahib çıxıb. 
Qızıl: Mariya Stadnik (Azərbaycan).
Gümüş: Elitsa Yankova (Bolqarıstan).
Bürünc: İvona Matkovska (Polşa), Valentina İslamova (Rusiya).
 
55 kq
Azərbaycan güləşçisi Natalya Sinişin mübarizəyə də 1/8 finaldan başlayıb. 29 yaşı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb. Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarıımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. İdmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib. Buna baxmayaraq, o bürünc medal uğrunda çıxışını davam etdirəcək. Buna baxmayaraq, o bürünc medal uğrunda çıxışını davam etdirib. Ukraynalı Tatyana Kitlə güləşən Sinişin cütün taleyini vaxtından əvvəl həll edib - 10:0.
Qızıl: Sofia Mattsson (İsveç).
Gümüş: Katarina Kravçik (Polşa).
Bürünc: Natalya Sinişin (Azərbaycan), Evelina Nikolova (Azərbaycan).
 
60 kq
Ölkəmizi bu çəki dərəcəsində təmsil edən Yuliya Ratkeviç 1/8 finaldan mübarizəyə başlayıb. Dünya və Avropa çempionu, həmçinin, Universiadanın qalibinin ilk rəqibi bolqarıstanlı Tsibe Yuseyn olub. Yığmamızın lideri məğlubiyyətə üzülüb. O, gözlənilmədən Yuseynə 4:14 hesabı ilə uduzub. Bolqar güləşçi finala yüksələ bilmədiyindən Ratkeviç yarışla vidalaşıb.
Qızıl: Sastin Marianna (Macarıstan).
Gümüş: Svetlana Lipatova (Rusiya).
Bürünc: Tsibe Yuseyn (Bolqarıstan), Veranika İvanova (Belarus).
 
69 kq
1/8 finaldan mübarizəyə başlayan Azərbaycan güləşçisi Nadya Muşka rusiyalı Natalya Vorobyova ilə qarşılaşıb. Görüş 29 yaşlı güləşçimiz üçün uğursuz alınıb (0:7) və daha təcrübəli rəqib mərhələ adlayıb.
Qızıl: Alina Stadnik (Ukrayna).
Gümüş: İlana Kratiş (İsrail).
Bürünc: Nataliya Vorobeva (Rusiya), Aline Fokken (Almaniya). 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər