"Bakı-2015": Şosse velosipedçilərimiz mübarizəyə başlayır

"Bakı-2015": Şosse velosipedçilərimiz mübarizəyə başlayır

"Bakı-2015" I ilk Avropa Oyunları çərçivəsində sabah şosse velosipedi üzrə yarışlara start veriləcək. Fanat.az xəbər verir ki, iştirakçılar öncə fərdi ötüşmədə (time-trial) mübarizə aparacaqlar. Bilgəhdə təşkil olunacaq yürüşlərdə Azərbaycan yığma komandasının 2 üzvü çıxış edəcək.

Saat 10:00-da qadınların yarışı start götürəcək. 25 km məsafəyə yürüş edəcək 29 velosipedçi arasında Azərbaycanı Yelena Pavluxina təmsil edəcək. O start xəttinə saat 10:15-də çıxacaq.

Saat 13:00-dan etibarən 52 km məsafə qət etməli olan 40 kişi velosipedçi arasında isə ölkəmizin idman şərəfini Elçin Əsədov qoruyacaq. Onun start xəttinə saat 14:22-də çıxması gözlənilir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər