"Bakı-2015": Snayperlərimiz üçün uğursuz gün - YENİLƏNİB

"Bakı-2015": Snayperlərimiz üçün uğursuz gün - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında atıcılıq yarışlarında mübarizə davam edir. Fanat.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində 3 növ üzrə yarışlar keçirilir.
 
Bu yarışlarda 3 Azərbaycan təmsilçisi də hədəf önünə keçib.
Dairəvi stend yarışlarında Emin Cəfərov və Paşa Əhədpur təsnifat mərhələsinin 2-ci günündə qüvvəsini sınayıb. Cəfərov 116 xalla 24-cü, Əhədpur isə 110 xalla sonuncu - 30-cu olaraq mübarizəni dayandırıb.
 
25 metrdən tapança ilə sürətli atəş açmaqda Ruslan Lunyov çıxış edib. Snayperimiz 290 xalla 7-ci yeri tutub. O, ikinci təsnifat mərhkələsində 575 xal toplayaraq 12-ci olub və finala çıxa bilməyib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər