"Bakı-2015": Snayperlərimiz mübarizəni dayandırdı - YENİLƏNİB

"Bakı-2015": Snayperlərimiz mübarizəni dayandırdı - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarının atıcılıq yarışlarında daha 2 dəst medalın sahibi müəyyənləşəcək. Fanat.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində kişilər 50 metr məsafədən uzanaraq atəş açmaq yarışıları keçirilib.
Azərbaycan bu yarışda iştirak etməyib. Yarışın qalıbi adını almaniyalı Henri Junqhaenel qazanıb. Marko de Nikolo (İtaliya) ikinci, Sergey Martinov (Belarus) üçüncü olub.
Qarışıq komandalar isə səngər stendində qüvvələrini sınayır. Təsnifat mərhələsindən sonra İspaniya, İtaliya, Slovakiya, Fransa, Rusiya və San Marini yarımfinala çıxıb. Bu mərhələyə saat 15.45-də, final mərhələsinə isə 17.00-da start veriləcək.
Qarışıq komandalar isə səngər stendi yarışında Azərbaycanı Elvin İsmayılov və Alina Rəfixanovadan ibarət cütlük təmsil edib. Onlar təsnifat mərhələsində mübarizəni dayandırıb. Təmsilçilərimiz 74 xal toplayaraq, 10 komandanın iştirak etdiyi mərhələdə sonuncu olublar. İlk 6 pillənin yüksəldiyi yarımfinala çıxa bilməyən komandamızda İsmayılov 41, Alina 33 xal yığıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər