"Bakı-2015": sərbəst güləşçilərimiz rəqiblərini tanıdı

"Bakı-2015": sərbəst güləşçilərimiz rəqiblərini tanıdı
"Bakı-2015" I Avropa Oyunları çərçivəsində güləş yarışları davam edir. Fanat.az xəbət verir ki, sabah sərbəst güləş yarışlarına start veriləcək.
İlk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə apararaq mükafatçıları müəyyənləşdirəcək. Azərbaycan 4 çəki dərəcəsinin hamısında mübarizə aparacaq. Artıq idmançılarımızın rəqibləri də bəllidi.
57 kq 
1/8 final: Yaşar Əliyev (Azərbaycan)- Zoheir Əl Ouarraqe (Fransa)
65 kq 
1/16 final: İlyas Bekbulatov (RUS) - Toğrul Əsgərov (Azərbaycan)
74 kq 
1/8 final: Mihali Naqi (Macarıstan) - Cəbrayıl Həsənov (Azərbaycan)
97 kq 
1/16 final: Radoslav Baran (Polşa) - Xetaq Qazyumov (Azərbaycan)
Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub. Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal əldə edib. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər