"Bakı-2015" I Avropa Oyunlarında boks yarışları davam edir. Fanat.az хəbər verir ki, bu gün 6 çəki dərəcəsində 1/8 final döyüşləri keçiriləcək və 1/4 finalçılar müəyyənləşəcək.
Azərbaycan 2 çəki dərəcəsində mübarizə aparıb. Bundan əvvəl Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 finala çıxmışdı. Bu gün isə Elvin Məmişzadə irland, Albert Səlimov isə Gürcüstanı təmsil edən erməni rəqibini yenərək 1/ finala vəsiqə əldə edib.
Boks
Kişilər
52 kq
Millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Avropa çempionumuzun rəqibi əvvəlki döyüşündə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gələn Mayls Kesi (İrlandiya) olub. 23 yaşlı boksçumuz ilk görüşündə özünü yaxşı tərəfdən göstərib. Hər 3 raunda inamlı təsir bağışlayan Elvin ciddi çətinlik çəkmədən mərhələ adlayıb - 3:0 (29:27; 30:25; 29:28). Məmişzadə 1/4 finalda Daniel Asenovla (Bolqarıstan) qarşılaşacaq. Bazar ertəsi baş tutacaq döyüş saat 19.30-da başlayacaq.
60 kq
WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirib. Onun bugünkü görüşünə maraq olduqca böyük idi. Çünki təcrübəli idmançımız Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla üz-üzə gəlib. Boksçumuz 3:0 (29:28; 30:27; 30:27) hesablı qələbə ilə adını 1/4 finala yazdırıb.
Fanat.az