"Bakı-2015": Qılıncoynadanlarımız ilk gündə medal qazana bilmədi - YENİLƏNİB

"Bakı-2015": Qılıncoynadanlarımız ilk gündə medal qazana bilmədi - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına start verilib. Fanat.az xəbər verir ki, qadınlar şpaqa, kişilər sablya növündə mükafatçıları müəyyənləşdirir.
 
Azərbaycan yığmasının 8 idmançısı da mübarizəyə qoşulub. Onlardan 4-ü kişilərin, 4-ü isə qadınların yarışına başlayıb.
 
Qadınların şpaqa yarışında ümumilikdə 35 qılıncoynadan 5 qrupda mübarizə aparıb. İdmançılarımızdan Elmira Xudaverdiyeva A, Samirə Hüseynova B, Məryəm Məlikova C, Nüvar  Məlikova E qrupunda qüvvəsini sınayır. Təmsilçilərimiz hərəyə 6 görüş keçirərək, bütün oyunlarda məğlub olub. 24 qarşılaşmada qələbə qazana bilməyən şpaqaçılarımız 1/16 finala çıxa bilməyərək,  mübarizəni dayandırıb.
 
Saat 11:50-də başlayacaq kişilərin sablya yarışlarında 36 idmançı 6 qrupa bölünüb. Təmsilçilərimizdən Azər Tağıyev A, Abdulla Həsənov D, Cavanşir Səfərov E, Cavanşir Ağakişiyev F qrupunda gücünü sınayıb. Həsənov bütün görüşlərdə uduzaraq, sonuncu yeri tutub. Digər sablyaçılarımız hərəyə 1 dəfə qalib gəlib. Yeganə qələbə Tağıyevə 4-cü yeri tutmaq üçün kifayət edibsə, digər iki idmançımız 5-ci olub.
 
Bununla da Azər 1/16 finala yüksələn yeganə təmsilçimiz olub. Bu mərhələdə təmsilçimiz rumıniyalı Tiberiu Dolniçeanu ilə görüşüb. Tağıyev 5:15 hesabı ilə uduzub, mübarizəni dayandırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər