"Bakı-2015": Olqa Bikovskayanın 27-ci oldu - YENİLƏNİB

"Bakı-2015": Olqa Bikovskayanın 27-ci oldu - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında suyatullanma yarışlarına 2 dəst medalın sahibi müəyyənləşəcək. Fanat.az xəbər verir ki, Bakı Su İdmanı Mərkəzində kişilər 3 metrlik sinxron tramplinlərdə, qadınlar isə 1 metrlik tramplində güclülərin adına aydınlıq gətirəcək.
 
Bu yarışlarda Azərbaycanın yeganə təmsilçisi Olqa Bıkovskaya olub. O, qadınların təsnifat mərhələsindəki çıxışlarında qüvvəsini sınayıb.
 
Mərhələni 265,20 xalla başa vuran idmançımız 29 iştirakçı arasında 27-ci olub. İlk 14 yerin qatılacağı final mərhələsinə yüksəlməyən təmsilçimiz çıxışını yekunlaşdırıb.
 
Qeyd edək ki, Bıkovskaya platforma yarışlarında finala yüksələrək, 11-ci olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər