"Bakı-2015": Nəzərli finişə çatmadı, Pavluxina 32-ci oldu

"Bakı-2015": Nəzərli finişə çatmadı, Pavluxina 32-ci oldu

"Bakı-2015" I Avropa Oyunları çərçivəsində şosse velosipedi üzrə yarışlar davam edir. Fanat.az xəbər verir ki, bu gün qadın velosipedçilərin şosse yürüşü keçirilib.

 

Finiş xətti Azadlıq meydanında olan yürüşdə 66 idmançı çıxış edib. Yürüşdə Azərbaycan yığma komandasının 2 üzvü qüvvəsini sınayıb.

 

Start xəttinə çıxan Alyona Pavluxina və Ülfət Nəzərlidən yalnız biri finişə çatıb. Məsafəni 3 saat 25 dəqiqə 57 saniyəyə qət edən Alyona 32-ci yeri tutub.

 

Ülfət isə məsafəni sonadək qət edə bilməyib. 25,6 km məsafədəki ara finişə sonuncu çatan (49 dəqiqə 23 saniyə) velosipedçimiz yarışı dayandıraraq, növbəti məntəqəyə çatmayıb.

 

Qeyd edək ki, sabah kişilərin şosse yürüşü keçiriləcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər