Bu gün "Bakı-2015" I Avropa Oyunlarında kişi voleybolçuların qrup mərhələsinə yekun vurulacaq. Fanat.az xəbər verir ki, Azərbaycan yığması da son qarşılaşmasına çıxacaq.
Keçirdiyi ilk 4 matçın hamısında məğlub olan millimiz axırıncı turda ilk “dördlüy”ə düşməyi təmin edən Türkiyə ilə üz-üzə gələcək. Bu oyunun nəticəsindən asılı olmayaraq, yığmamız mübarizəni dayandıracaq.
A qrupunda 1/4 finala vəsiqə qazanan komandalar artıq bəllidi. Son tur sadəcə, Fransa, Polşa, Serbiya və Türkiyənin növbəti mərhələyə hansı pillədə yollanacağını müəyyənləşdirəcək. Bu baxımdan Fransa – Serbiya görüşünün önəmi daha böyükdü.
B qrupunda isə son tur Almaniya, Rusiya və Bolqarıstana 1/4 finalda kimin yoldaşlıq edəcəyinə aydınlıq gətirəcək. Belçika yalnız möcüzəyə ümid edə bilər. Onlar yollarına davam etmək üçün lider Almaniyadan 3 xal almalı, Slovakiya isə “quru hesab”la uduzmalıdı.
Qeyd edək ki, qrup qalibləri 1/4 finalda digər qrupun dördüncüsü ilə, ikinci pilləni tutanlar isə üçüncü yerin sahibləri ilə qarşılaşacaq.
Voleybol
22 iyun
Kişilər
A qrupu
Polşa - Finlandiya 3:0 (25:21, 25:20, 25:10)
Fransa - Serbiya 3:2 (21:25, 17:25, 25:23, 25:18, 15:11)
Türkiyə - Azərbaycan 3:2 (25:18, 25:17, 22:25, 21:25, 20:18)
| 1. | Polşa | 5 | 5 | 0 | 15-6 | 464-401 | 12 |
| 2. | Fransa | 5 | 4 | 1 | 14-5 | 431-381 | 12 |
| 3. | Türkiyə | 5 | 3 | 2 | 11-9 | 449-414 | 9 |
| 4. | Serbiya | 5 | 2 | 3 | 11-9 | 430-419 | 8 |
| 5. | Finlandiya | 5 | 1 | 4 | 3-14 | 334-403 | 2 |
| 6. | Azərbaycan | 5 | 0 | 5 | 4-15 | 356-446 | 2 |
B qrupu
Belçika - Almaniya 0:3 (22:25, 11:25, 21:25)
Bolqarıstan - Slovakiya 3:0 (25:14, 25:17, 25:19)
22:00. İtaliya - Rusiya
| 1. | Almaniya | 5 | 4 | 1 | 13-3 | 391-330 | 12 |
| 2. | Bolqarıstan | 5 | 4 | 1 | 12-7 | 445-406 | 11 |
| 3. | Rusiya | 4 | 3 | 1 | 10-5 | 356-322 | 9 |
| 4. | Slovakiya | 5 | 2 | 3 | 4-10 | 378-427 | 6 |
| 5. | Belçika | 5 | 1 | 4 | 6-14 | 359-374 | 3 |
| 6. | İtaliya | 4 | 0 | 4 | 4-12 | 359-374 | 1 |
Fanat.az