"Bakı-2015" məhşur rus kanallarında

"Bakı-2015" məhşur rus kanallarında

I Avropa Oyunları Rusiyanın “Rossiya” televiziya kanalı ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, kanal "Bakı-2015"i həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ əldə edib. 

Müqaviləyə əsasən, I Avropa Oyunları Rusiyada 53 milyon evdə yayımlanacaq. “Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport-1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rusiyalı tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb-səhifəsi - vesti.ru və sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.

“Bakı-2015”in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq: "I Avropa Oyunlarının “Rossiya” televiziya kanalı ilə yayımlanması barədə razılıq əldə etməyimizdən məmnunam. Rusiya Olimpiya Komitəsi Bakıya 300-dən çox ən yaxşı idmançısını göndərəcək və bu ölkənin idman ictimaiyyəti də “Rossiya” televiziya kanalı ilə qurduğumuz tərəfdaşlıq çərçivəsində bütün platformalar üzrə geniş yayımdan zövq alacaq".

“Rossiya” televiziya kanalının idman şöbəsinin rəhbəri Aleksandr Tasç: “I Avropa Oyunları dünyanın ən irimiqyaslı idman tədbirlərindən biridi. Bir faktı da nəzərə almaq lazımdı ki, Avropa Oyunları 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq imkanı verir. Eyni zamanda, bizim üçün milli komandamızın uğurlarını nümayiş etdirmək olduqca mühümdü. Rusiya Oyunlarda ən böyük heyətlə təmsil olunacaq. Məhz buna görə də maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər