"Bakı 2015": Medalçılarımız danışdı

"Bakı 2015": Medalçılarımız danışdı
"Bakı-2015" I Avropa Oyunlarının son günündə Azərbaycan idmançıları 3 qızıl və 1 bürünc medal qazanıb. Fanat.az medalçıların fikirlərini təqdim edir: 
Ayxan Tağızadə (taekvondo): "Qızıl medal qazandım. Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova, prezidentimiz İlham Əliyevə, müəllimimə, atama, baş məşqçimə təşəkkür edirəm. Vətəndə uduzmaq olmazdı. Dəstək verən hər kəsə təşəkkür edirəm, azarkeşləri sevindirdim. Bütün gücümü sərf edərək, qalib gəldim. Başqa cür ola da bilməzdi".
Xetaq Qazyumov (sərbəst güləşçi): "Mən çox şadam ki, "Bakı 2015" I Avropa Oyunlarında qalib gəldim. Xüsusi ilə sevindiricidi ki, qələbəyə prezident İlham Əliyevin gözü qarşısında nail oldum. Yeni uğurlara imza atmaq üçün aktiv məşgləri davam etdirəcəyəm".
Toğrul Əsgərov (sərbəst güləşçi): "Qələbəni ilk növbədə dövlətimə həsr edirəm. İstəyim o idi ki, I Avropa Oyunlarında qızıl medal qazanım. Şükürlər olsun ki, arzuma çatdım. Əsas odu ki, kim güclü idi - o da qalib oldu".
Cəbrayıl Həsənov (sərbəst güləşçi): "Finala çıxmağa ümidim vardı. Azərbaycanda çempion olmaq istəyirdim. Bu dəfə alınmadı. İnşallah, hələ qızıl medallar qazanacağam. Dünya çempionatında uğurlu çıxış edib, lisenziya qazanıb Olimpiya Oyunlarında çıxış etmək istəyirəm".//report.az
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər