Bu gün "Bakı-2015" I Avropa Oyunlarında atıcılıq idmanının 3 növündə yarışlar keçirilir. Fanat.az xəbər verir, qadınların 50 metrdən 3 vəziyyətdə tüfəng və 25 metrdən tapança ilə atəş açmasında, həmçinin kişilərin qoşa səngər stendində mübarizəyə start verilib.
Bu gün Azərbaycan idmançılarından yalnız biri hədəf önünə keçib. Komandamızın ən təcrübəli üzvü İradə Aşumova 25 metr məsafədən tapança ilə atəş açmaqda təsnifat mərhələsinin sərrast hissəsində qüvvəsini sınayıb.
286 xal toplayan snayperimiz 29 iştirakçı arasında 17-ci olub. Təmsilçimiz lider olan avstriyalı Silviya Şteynerdən 9 xal geri qalıb.
Aşumova sabah təsnifat mərhələsinin sürətli atəş hissəsində də çıxış edəcək. Saat 10:00-da başlayacaq yarışdan sonra yarımfinalçılar müəyyənləşəcək.
Fanat.az