Bu gün "Bakı-2015" I Avropa Oyunlarında badminton yarışlarına start verilib. Fanat.az xəbər verir ki, yarışın ilk günündə qrup mərhələsinin I turunun oyunları keçirilir.
Azərbaycanı bu növdə iki badmintonçu - Kamran Rzayevlə Orxan Qələndərov təmsil edir. Rzayev həm təklərin yarışında mübarizə aparır, həm də Qələndərovla birlikdə cütlərin turnirində qüvvəsini sınayır.
İlk tur həmyerlilərimiz üçün uğursuz alınıb. Belə ki, həm təklərin. Həm də cütlərin yarışında idmançılarımız 0:2 hesabı ilə uduzub.
Badminton
22 iyun
Təklər
B qrupu
I tur
Rosario Maddaloni (İtaliya) - Samuel Kali (Malta) 2:0 (21:3, 21:10)
Mişa Zilberman (İsrail) - Kamran Rzayev (Azərbaycan) 2:0 (21:5, 21:3)
Cütlər
B qrupu
I tur
Vladimir İvanov/İvan Sozonov (Rusiya) - Bastian Kersodi/Qaetan Mittelheyser (Fransa) 2:0 (21:15, 21:13)
Kamran Rzayev/Orxan Qələndərov (Azərbaycan) - Əmrə Vural/Sinan Zorlu (Türkiyə) 0:2 (7:21, 14:21)
Fanat.az