"Bakı-2015": Güləşçilərimiz 2 "qızıl", 1 "bürünc" qazandı - YENİLƏNİB

"Bakı-2015": Güləşçilərimiz 2 "qızıl", 1 "bürünc" qazandı - YENİLƏNİB
Bu gün "Bakı-2015" Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsinə start verilib. Fanat.az xəbər verir ki, yarışın ilk günündə 4 çəki dərəcəsinin qalibləri bəlli olub.
Azərbaycan günü 2 qızıl və 1 bürünc medalla qapayıb. Toğrul Əsgərovla Xetaq Qazyumov qızıl, Cəbrayıl Həsənov bürünc medala sahib çıxıb.
 
Güləş
Kişilər
Sərbəst
57 kq
Bu çəkidə ölkəmizi təmsil edən Yaşar Əliyev mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatının bürünc medalçısı ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraqe ilə münasibətinə aydınlıq gətirib. Həmyerlimiz rəqibini asanlıqla məğlub edib - 3:1. 1/4 finalda Ermənistan təmsilçisi Qarik Barsekyanı 3:1 hesabı ilə yenın Yaşar yarımfinala çıxıb. Təmsilçimiz yarımfinalda Viktor Lebedovla (Rusiya) münasibətlətinə aydınlıq gətirib və 1:3 hesabı ilə uduzub. Yaşar bürüc medal uğrunda mübarizə aparıb. Onun rəqibi türk Sezer Akgül olub. İlk periodda 3:0-lıq üstünlük əldə edən güləşçimiz sonradan rəqibinə 8 xal verib. Nəticədə Sezer Akgül 5:0 hesablı qələbə ilə bürünc medala sahib çıxıb.
Qızıl: Viktor Lebedov (Rusiya).
Gümüş: Marsel Evald (Almaniya).
Bürünc: Sezer Akgül (Türkiyə), Aleksandru Çirtoaka (Moldova).
65 kq
Olimpiya çempionumuz Toğrul Əsgərov ilk mərhələdən yarışa start verib. O, 1/8 finala yüksəlmək üçün rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və qələbə qazanıb - 3:1. O, 1/8 finalda moldovalı Mixail Sava ilə gücünü yoxlayıb. Toğrul rəqibini çempionluq mübarizəsindən kənarlaşdırmaqda çətinlik çəkməyib. Toğrul görüşü təmiz qələbə ilə aktivinə yazıb 4:0. Əsgərov 1/4 finalda fransalı Maksim Fique ilə güləşib. Olimpiya çempionumuz  bu dəfə də 4:0 hesablı qələbə qazanaraq yarımfinala çıxıb. Toğrul finala gedən yolda Azamat Nurikau (Belarus) ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanaraq finala çıxıb. Güləşçimiz finalda Frank Çamizo Markuezlə (İtaliya) qarşılaşaraq 5:0 hesablı qələbə qazanıb. Bu Azərbaycanın 9-cu "qızıl"ı, ümumilikdə isə 20-ci medalı olub.
Qızıl: Toğrul Əsgərov (Azərbaycan).
Gümüş: Frank Çamizo Markuezlə (İtaliya)
Bürünc: İlyas Bekbulatov Rusiya), Mustafa Kaya (Türkiyə).
74 kq
İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov da Əliyev kimi yarışa ikinci mərhələdən qatılıb. 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşən dünya çempionatının mükafatçısı 4:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasını türkiyəli Soner Dəmirtaşla qüvvəsini sınayıb. Cəbrayıl bu dəfə uduzub - 0:5. Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb 4:0. Üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
Qızıl: Aniuar Geduyev (Rusiya).
Gümüş: Soner Dəmirtaş (Türkiyə).
Bürünc: Cəbrayıl Həsənov (Azərbaycan), Cumber Kvelaşvili (Gürcüstan).
97 kq
Avropa və dünya çempionumuz Xetaq Qazyumovun ilk sınağı təsnifat mərhələsinə təsadüf edib. Güləşçimiz öncə Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb. Rəqibinə çətin anlar yaşadan Xetaq qarşılaşmanı vaxtından əvvəl xeyrinə bitirib - 4:0. Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanla qarşılaşıb və yenə də qələbə qazanıb - 3:0. Avropa çempionumuz yarımfinala gedən yolda belaruslu İbrahim Saidovu xalçaya dəvət edib. Daima formada olan milliləşdirilmiş legionerimiz bu rəqibinə də yerini göstərib - 3:1. Qazyumov yarımfinalda rusiyalı Abdusalam Qadisovla üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanaraq finala çıxıb. Xetaq finalda gürcü Elizbar Odikadze ilə qarşılaşıb və 3:1 hesablı qələbə ilə Azərbaycana 10-cu qızıl medalı qazandırıb.
Qızıl: Xetaq Qazyumov (Azərbaycan).
Gümüş: Elizbar Odikadze (Gürcüstan).
Bürünc: Abdusalam Qadisov (Rusiya), Valeri Andritsev (Ukrayna).
Qeyd edək ki, sərbəst güləş üzrə yarışlar sabah da davam edəcək və son 4 çəkinin qalibi bilinəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər