"Bakı-2015": Gimnastlarımızın çıxışı uğursuz oldu - YENİLƏNİB

"Bakı-2015": Gimnastlarımızın çıxışı uğursuz oldu - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında batut gimnastikası üzrə yarışlar keçirilib. Fanat.az xəbər verir ki, kişi və qadın gimnastlar sinxron hərəkətlərdə təsnifat mərhələsində qüvvəsini sınayıblar.
 
Yarışlarda ümumilikdə 21 cütlük mübarizə aparıb. Azərbaycan yığması həm kişilərin, həm qadınların mübarizəsində təmsil olunub.
 
İlya Qrişunin və Oleq Pyunovdan ibarət cütlük kişilərin mübarizəsində çıxış edib. Burada 11 komanda mübarizə aparıb. Nəticədə 54,400 xal toplayan komandamız 9-cu yerdə qərarlaşıb və final mərhələsinə vəsiqə qazana bilməyib.
 
Qadınların yarışında isə 10 cütlük çıxış edib. Ölkəmizi Svetlana Makştarova və Səbina Zaytseva təmsil edib. Millimiz 10 komanda arasında 9-cu yeri tutaraq, mübarizəni dayandırıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər