Bu gün "Bakı-2015" I Avropa Oyunlarında stolüstü tennis üzrə komanda yarışlarına yekun vurulub. Fanat.az хəbər verir ki, kişilərin vçə qadınların yarışında bütün medalçılar müəyyənləşib.
Əvvəlcə qadınlar münasibətlərinə aydınlıq gətirib. Finalda Almaniya Hollandiyanı 3:2 hesabı ilə yenib. Nəticədə almanlar qızıl, hollandlar gümüş medal qazanıb. 3-cü yer uğrunda oyunda Ukraynanı 3:1 hesabı ilə yenən Çeхiya bürünc medala sahib çıxıb.
Kişilərin mübarizəsində qızıl medal uğrunda Fransa və Portuqaliya qarşılaşıb. Fransızlar 3:2 hesablı qələbə qazanaraq "qızıl"a sahib çıxıb. Bürünc medal qaşılaşması isə Almaniya və Avstriya keçirilib. Avstriyalılar 3:0 hesablı qələbə ilə bürünc medal qazanıb.
Kişilər
Bürün medal uğrunda
Almaniya - Avstriya 0:3
Final
Fransa - Portuqaliya 3:2
Qadınlar
Bürün medal uğrunda
Çexiya - Ukrayna 3:1
Final
Almaniya - Hollandiya 3:2
Fanat.az