"Bakı-2015" Ermənistanda canlı yayımlanacaq

"Bakı-2015" Ermənistanda canlı yayımlanacaq

Bakıda keçiriləcək I Avropa Oyunları Ermənistanda canlı yayımlanacaq. Fanat.az xəbər verir ki, bu barədə Ermənistanın I kanalının mətbuat xidmətindən bildirilib. 

Qeyd edilib ki, I Avropa Oyunları Ermənistanın ictimai televiziyası tərəfindən canlı yayımlanacaq.

Xatırladaq ki, bir müddətdi "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) və aidiyyatı şirkətlərlə Ermənistan arasında danışıqlar aparılırdı. 

Azərbaycanın gənclər və idman naziri, Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov Ermənistan televiziyasının "Bakı-2015" I Avropa Oyunlarının yayım hüququnu aldığını bildirmişdi. 

"Bakı-2015" I Avropa Oyunları 12 - 28 iyun tarixlərində keçiriləcək. Oyunlarda 50 Avropa ölkəsindən 6 mindən çox idmançı yarışacaq.//anspress

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər