"Bakı-2015": Danilov "8"lə kifayətləndi - YENİLƏNİB

"Bakı-2015": Danilov "8"lə kifayətləndi - YENİLƏNİB
Bu gün "Bakı-2015" I Avropa Oyunlarının suyatullanma yarışlarına yekun vurulub. Fanat.az xəbər verir ki, kişilər platformada, qadınlar 3 metrlik tramplində mükafatçıları müəyyənləşdirib.
 Avropa
Hər iki yarışda Azərbaycan təmsilçiləri də mübarizə aparıb. Qadınların yarışında Olqa Bıkovskaya çıxış edib. Platformada 11-ci, 1 metrlik tramplində 27-ci olan idmançımız bu dəfə də uğursuz nəticə göstərib. 328,15 xal yığan təmsilçimiz 28 iştirakçı arasında 26-cı olub. Final mərhələsinə yüksələn 12 idmançı arasına düşə bilməyən Olqa Avropa Oyunlarında çıxışlarını başa vurub.
 
Kişilərin mübarizəsində isə Artyom Danilov çıxış edib. 1 metrlik tramplində 8-ci, 3 metrlik tramplində 17-ci olan təmsilçimiz platformada qüvvəsini sınayıb. 10 cəhdin yekununda 407,45 xal yığan idmançımız təsnifat mərhələsində 10-cu olub. Bununla da final mərhələsinə yüksəlib. Həlledici yarışda 420,25 xal toplayan Danilov 8-ci yeri tutub.
 
Yarışın qalibi adına isə böyük britaniyalı Metyu Li yiyələnib – 528,25. Rusiyalı Nikita Şleyxer 556,55, fransalı Aleks Kandard 526,20 xalla mükafatçılar sırasına düşüb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər