Litva Olimpiya Fondu Bakıda keçiriləcək I Avropa oyunlarının yayımlanması barədə “Tele-3” şirkəti ilə müqavilə imzalayıb. Fanat.az xəbər verir ki, yayım hüququ TV6 kanalına məxsus olan şirkətə verilib.
TV6 basketbol, xokkey, Formula-1 üzrə əsas yarışları yayımlayan populyar idman telekanalıdı. Keçən il kanal auditoriya üzvlərinin sayına görə ölkənin beş ən populyar kanalı sırasına daxil edilib.
Litva Olimpiya Komitəsində AzərTAc-ın xüsusi müxbirinə bildiriblər ki, Bakıda keçiriləcək I Avropa Oyunlarında Litvanı idmanın 9 növü üzrə 71 idmançı təmsil edəcək.
Fanat.az