Avropa Oyunlarında iştirak edəcək boksçularımızın rəqiblərinin adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, yarışın ilk iki günündə - iyunun 16-ı və 17-də Azərbaycan idmançılarından heç kim rinqə çıxmayacaq.
İyunun 18-də iki boksçumuz mübarizəyə başlayır. 64 kq çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor 1/16 final mərhələsində sloveniyalı Edin Sejdinoviçi məğlub etməyə çalışacaq.
Bu dəfə 81 kq çəki dərəcəsində çıxış edəcək Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov isə 1/16 finalda Böyük Britaniya təmsilçisi Coşua Buatsi ilə qarşılaşacaq.
49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə yarışa 1/4 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Brendan İrvin (İrlandiya) - Tinko Banabakov (Bolqarıstan) cütünün qalibi olacaq. Əlizadə apreldə Bakıda keçirilən “Böyük İpək Yolu” turnirində məhz Banabakova uduzmuşdu.
Avropa çempionatının mükafatçısı Elvin Məmişzadə (52 kq) 1/8 finalda ya irlandiyalı Mayles Kasey ya da belaruslu İvan Fiqurenka ilə görüşəcək.
Tayfur Əliyev də (56 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq. Gənc boksçumuz Nikolae Andreiana (Rumıniya) - Dieqo Ferrer Pereyra (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan Albert Səlimov (60 kq) 1/8 finalda Artyom Ramlavs (Latviya) - Otar Eranosyan (Gürcüstan) qarşılaşmasının qalibi ilə döyüşəcək.
Pərviz Bağırov (69 kq) yarışa 1/8 final mərhələsindən qatılacaq. Milli komandamızın üzvü Anas Messaoudi (Belçika) - Vasili Belous (Moldova) görüşünün qalibi ilə qarşılaşacaq.
Xaybulla Musalov (75 kq) 1/8 finalda Kristia Mbilli Assomo-Hallier (Fransa) - Viktor Karapçevşii (Moldova) döyüşünün qalibi ilə üz-üzə gələcək.
Milli komandamızın yeni üzvlərindən Abdulqadir Abdullayev (91 kq) 1/8 finalda Adam Hamori (Macarıstan) - Erik Tlkanek (Slovakiya) görüşündə qalib gələn boksçunu sınağa çəkəcək.
Əsas medal ümidlərimizdin ikiqat dünya çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhməmədrəsul Məcidov 1/8 finalda mübarizəyə qoşulacaq. Komandamızın kapitanı Vladislav Sirenko (Ukrayna) - Mixail Baxtidze (Gürcüstan) görüşünün qalibi ilə qarşılaşacaq.
Qadın boksçularımızın rəqibləri:
51 kq. 1/8 final. Anaxanım Ağayeva - Sandra Drabik (Polşa) 19 iyun
54 kq. 1/4 final. Anna Əlimərdanova - Stanimira Petrova (Bolqarıstan) 23 iyun
60 kq. 1/8 final. Yana Alekseyeva - Mira Potkonen (Finlandiya) 21 iyun.
64 kq. 1/4 final. Yelena Vıstropova - Sandi Ryan (Böyük Britaniya)//Sindi Rogge (Almaniya) cütünün qalibi. 19 iyun.
75 kq. 1/8 final. Leyla Cavadova - Yaroslava Yakuşina (Rusiya) 19 iyun.
Fanat.az