"Bakı-2015" I Avropa Oyunlarında badminton yarışları davam edir. Fanat.az хəbər verir ki, bu gün qrup mərhələsində ikinci turun oyunları keçirilib
Azərbaycanı bu növdə iki badmintonçu - Kamran Rzayevlə Orfxan Qələndərov təmsil edir. Rzayev həm təklərin yarışında mübarizə aparır, həm də Qələndərovla birlikdə cütlərin turnirində qüvvəsini sınayır.
İlk turda uduzan Kamran Rzayev bu dəfə Malta təmsilçisi Malta Kali ilə qarşılaşıb və qələbə qazanıb - 16:21, 12:21.
Cütlərin yarışında isə Kamran Rzayevlə Orxan Qələndərov Bastian Kersodi - Qaetan Mittelheyser (Fransa) cütü ilə üz-üzə gələrək məğlub olub - 6:21, 4:21.
Badminton
23 iyun
Təklər
B qrup
II tur
Samuel Kali (Malta) - Kamran Rzayev (Azərbaycan) 16:21, 12:21
Mişa Zilberman (İsrail) - Rosario Maddaloni (İtaliya) 21:12, 21:15
Cütlər
B qrupu
II tur
Vladimir İvanov/İvan Sozonov (Rusiya) - Emrə Vural/Sinan Zorlu (Türkiyə) 21:11, 21:11
Kamran Rzayev/Orxan Qələndərov (Azərbaycan) - Bastian Kersodi/Qaetan Mittelheyser (Fransa) 6:21, 4:21
Fanat.az