Bu gün "Bakı-2015" I Avropa Oyunlarında suyatullanmanın daha iki növü üzrə yarışlar keçirilir. Fanat.az xəbər verir ki, kişilər 3 metrlik tramplində, qadınlar isə 3 metrlik sinxron tramplinlərdə mükafatlar uğrunda mübarizə aparır.
Yarışlarda Azərbaycan idmançısı Artyom Danilov da qüvvəsini sınayıb. 1 metrlik tramplində final mərhələsinə yüksələrək, 8-ci olan təmsilçimiz bu dəfə 3 metrlik tramplində çıxış edib.
Təsnifat yarışlarında 10 cəhddə 441,15 xal yığan Danilov 32 iştirakçı arasında 17-ci yeri tutub. Bununla da təmsilçimiz mübarizəni dayandırıb. Final mərhələsində isə yalnız ilk 12 yerin sahibi vəsiqə qazanıb.
Qeyd edək ki, qadınların sinxron tramplindəki yarışında ölkəmiz təmsil olunmayıb.
Fanat.az