"Bakı-2015": Akrobatlarımız finalda - YENİLƏNİB

"Bakı-2015": Akrobatlarımız finalda - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında akrobatika yarışlarına start verilib. Fanat.az xəbər verir ki, bu gün 4 növdə təsnifat yarışları keçirilib.
 
Qadınlardan ibarət qruplar balans və temp hərəkətlərində qüvvəsini sınayıb. 11 komandanın çıxış etdiyi təsnifat mərhələsində Azərbaycan təmsilçiləri də mübarizə aparıb.
 
Balans hərəkətində 27,680 xal toplayan idmançılarımız bu nəticə ilə 5-ci yeri tutub. Bu yığmamıza finalda çıxış etmək imkanı verib.
 
Temp hərəkətlərində də yığmamız eyni uğura imza ataraq, mərhələ adlayıb. Akrobatlarımız 27,140 xal toplayaraq, 6-cı yeri tutub. Bu da final mərhələsinə vəsiqə verib.
 
Qarışıq cütlərin yarışında Azərbaycanı Ulyana Dyakova və Anatoli Leonov təmsil edib. Temp hərəkətlərində 26,520 xal toplayan təmsilçilərimiz 9 cüt arasında 6-cı olub və finala yüksəlib.
 
İdmançılarımız balans hərəkətlərində də 6-cı yeri tutub. 25,750 xal toplayan təmsilçilərimiz mərhələni uğurla adlayıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər