İyunun 12-28-də keçiriləcək I Avropa Oyunlarının Avropa və Mərkəzi Asiyada nümayişini təmin edəcək sazişlərə imza atılıb. Yarışın Təşkilat Komitəsindən Fanat.az-a verilən məlumata görə, Əməliyyat Komitəsi daha 6 kanalda Oyunların göstərilməsini rəsmiləşdirib.
Belə ki, aşağıda adları çəkilən kanallarla sazişlər bağlanıb:
* NOS – Hollandiyanın Olimpiya Oyunlarını yayımlamaq hüququna malik olan və ödənişsiz ictimai yayım şirkəti
* “DIGISport” kanalı ilə birlikdə Çexiya televiziyası da Çex Respublikasındakı milyonlarla izləyici üçün Avropa Oyunlarının hər gün geniş şəkildə yayımını həyata keçirəcək.
* TV6 – BAOƏK, Avropa Oyunlarının TV6 kanalında ödənişsiz yayımlanması üçün Bakı-2015 Modern Times Group-un bir hissəsi olan TV6 kanalına lisenziya vermək barədə Litva Milli Olimpiya Komitəsi ilə əməkdaşlıq edir
* ORF – Avstriyanın ictimai yayım şirkəti Oyunların eksklüziv yayım hüququna malikdi və ORF Sport Plus kanalı vasitəsilə hər gün Oyunların əsas məqamlarından ibarət 1 saatlıq veriliş təqdim edəcək.
* Setanta Sports Eurasia – Türkmənistanda və Özbəkistanda müstəsna televiziya hüquqları əldə edib
Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Londonda məşhur “Dorchester” otelində "Bakı-2015" Avropa Oyunlarının şərəfinə keçirilən və Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin təşkilatçılığı ilə baş tutan möhtəşəm gecədə bu 6 yeni yayım tərəfdaşları ilə imzalanmış sazişlərdən əlavə, Oyunları televiziya vasitəsilə izləyəcək auditoriyanın miqyası barədə də qısa məlumat verib.
O bildirib ki, bu sazişlər "Bakı-2015"in Avropada və onun hüdudlarından kənarda göstərilən marağı əks etdirir: “Avropa üzrə bağladığımız yayım sazişləri, Avropanın 32 ölkəsində Oyunları cəmi 75% olmaqla, 225 milyondan çox ailənin izləyə biləcəyi anlamına gəlir. Dünyanın müxtəlif telekanalları ilə bağladığımız sazişlər, ilk Avropa Oyunlarının həqiqətən beynəlxalq tamaşaçı kütləsi tərəfindən seyr ediləcəyinə zəmanət verir”.
"Bakı-2015" tərəfindən bağlanmış bu son müqavilələr sayəsində yarışlar Avropanın bütün guşələrində və dünyada yayımlanacaq. Birləşmiş Ştatlar, Kanada, Avstraliya, Çin, Honq-Konq, Hindistan, Latın Amerikası və Ərəb Dünyası, Şimali Afrika ilə sazişlər imzalanıb.
Hollandiya Milli Olimpiya Komitəsinin prezidenti Andre Bolhisin sözlərinə görə, NOS-un I Avropa Oyunlarını yayımlacağı və Bakıda mübarizə aparan idmançılarımızı dəstəkləyə biləcəyimiz xəbəri yerli idmançılar üçün möhtəşəm xəbərdi: “Hollandlar idmanı sevirlər və Bakı-2015 Avropa Oyunları zamanı NOS-un həyata keçirdiyi yayım vasitəsilə izləyicilərin mübarizəyə qoşulan idmançılarımızı dəstəkləyəcəyinə əminəm. Digər tərəfdən, 2019-cu ildə növbəti Avropa Oyunlarına ev sahibliyi etmək istədiyimizi nəzərə alsaq, xalqımızın Oyunlarla tanışlığı bizim üçün önəmli məsələlərdəndi”.
Fanat.az