"Bakı-2015": 3 idmançımız mübarizəni dayandırdı - YENİLƏNİB

"Bakı-2015": 3 idmançımız mübarizəni dayandırdı - YENİLƏNİB
"Bakı-2015" I Avropa Oyunlarında kamandan oxatma yarışlarında kişilərin fərdi mübarizəsi davam edir. Fanat.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda 1/32 final mərhələsi keçirilir.
 
Azərbaycan bu yarışda 3 idmançı ilə təmsil olunub. Hər üç oxatanımız 1/32 finalda uduzaraq, mübarizəni dayandırıb.
 
Hədəf önünə keçən ilk oxatanmız Aleksey Kopnin olub. Rusiyalı Bair Tsibekdorjiyevlə qarşılaşan təmsilçimiz 2:6 (1:1, 1:1, 0:2, 0:2) hesabı ilə məğlub olub.
 
Taras Senyuk lüksemburqlu Ceff Henke llə üz-üzə gəlib. Bu görüşdə 6:4 (2:0, 0:2, 1:1, 1:1, 2:0) hesabı ilə qalib gələn rəqib 1/16 finala adlayıb.
 
Roman Vengerovun rəqibi isə fransalı Lukas Daniel olub. Təmsilçimiz 0:6 (0:2, 0:2, 0:2) hesabı ilə uduzub.
 
Qeyd edək ki, Azərbaycan oxatanlarından yalnız qadınların yarışında çıxış edən Olqa Senyuk mübarizəni davam etdirir.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər