"Atletiko Madrid" Alvaresi saxlaya biləcəkmi? - SON DURUM

"Atletiko Madrid" Alvaresi saxlaya biləcəkmi? - SON DURUM

"Atletiko Madrid" hücumçusu Xulian Alvaresi əldən buraxmaq istəmir. 

Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, klub rəhbərliyi argentinalı forvardı komandada saxlamaq üçün ona daha yüksək maaşla yeni müqavilə təklif etməyi planlaşdırır.

Alvares hazırda ildə təxminən 7 milyon avro maaş alır. Yeni razılaşmada bu rəqəmin 9+1 milyon avroya qədər artacağı gözlənilir.

Sözügedən oyunçunun adı "Barselona", "Arsenal" və da bir neçə Avropa nəhəngi ilə yanaşı çəkilir.

Alvares 2024-cü ildən "Atletiko"da çıxış edir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər