"Aston Villa"dan sürpriz həmlə: "Barselona"nın ulduzu üçün 50 milyon avro

"Aston Villa"dan sürpriz həmlə: "Barselona"nın ulduzu üçün 50 milyon avro

İngiltərənin "Aston Villa" klubu yeni mövsüm öncəsi müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda "Barselona"nın sol cinah müdafiəçisi Alexandro Baldeni əsas hədəf kimi müəyyənləşdirib.

"365scores" nəşrinin yaydığı məlumata görə, Birmingem təmsilçisi gənc müdafiəçi üçün Kataloniya klubuna 50 milyon avroluq rəsmi təklif göndərməyə hazırlaşır.

Maliyyə çətinlikləri ilə mübarizə aparan "Barselona"nın bu cəlbedici təklifə necə cavab verəcəyi dünya mətbuatında maraq doğurur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər