"Fənərbaxça" - "Neftçi" oyununun nəticəsi sizi yanıltmasın. Bu, rəsmi görüş olsaydı, İstanbul klubu asanlıqla qələbə qazanardı". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi Mehmet Ak deyib.
Mütəxəssis yanvarın 18-də əvvəl keçirilən "Neftçi" - "Fənərbaxça" (0:0) oyunundan danışıb: "Əminəm ki, bu klubların 100 oyunundan 99-da "Fənərbaxça" üstün olar. Komandaların səviyyə fərqi var. Bu fərq, gözəçarpandı. Ancaq “Neftçi”nin oyunçularının köklənməsi bu oyunda sadəcə fövqəladə idi".
Fanat.az