Qriqorçuk yubileyini Bakıda qeyd edir

Qriqorçuk yubileyini Bakıda qeyd edir

Bu gün “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk yubiley qeyd edir. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssisin 50 yaşı tamam olur. 

1965-ci il martın 22-də Ukraynanın İvano-Frankovsk vilayətinin Kolomıyski rayonunun Korniç kəndində anadan olan mütəxəssis ad gününü Azərbaycanda qeyd edir. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən əksər legionerlər vətənlərinə yollansa da, Qriqorçuk yubileyini Bakıda qeyd etməyə üstünlük verib. Ailəsinin əhatəsində ölkəmizdə 50 yaşını tamamlayan çalışdırıcı ilk dəfə ad gününü Azərbaycanda keçirir.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər