Qətər Bakıya bu heyətlə gəlir

Qətər Bakıya bu heyətlə gəlir

Qətər yığmasının Serbiya və Azərbaycana qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, baş məşqçi Feliks Sançes qarşıdakı matçlara 27 futbolçu çağırıb.

Qapıçılar: Saad əl-Şib, Meşaal Barşam (hər ikisi “Əl-Sədd”), Mahmud Abunada (“Əl-Arabi”), Salah Zakaria (“Əl-Duhail”); Müdafiəçilər: Pedro Migel, Abdelkarim Hassan, Tarek Salman, Ahmed Suhail, Musab Xeder, Salem əl-Hacri (hamısı “Əl-Sədd”), Bassam əl-Ravi (“Əl-Duhail”), Tamim əl-Muhaza, Homam Ahmed (hər ikisi “Əl-Qarafa”); Yarımmüdafiəçilər: Bualem Xuxi, Məhəmməd Vaad, Tarek Salman (hamısı “Əl-Sədd”), Assim Madibo, Karim Budiaf, İsmayıl Məhəmməd, Abdulla Əl Ahrak (hamısı “Əl-Duhail”), Ahmed Fathi (“Piramidz”, Misir), Abdulaziz Hatem (“Əl-Rayyan”), Xalid Munir (“Əl-Bakra”); Hücumçular: Əkrəm Afif, Hassan əl-Haydos (“Əl-Sədd”), Məhəmməd Muntari, Almoez Əli (hər ikisi “Əl-Duhail”).

Qeyd edək ki, Dünya Çempionatına ev sahibliyi edəcək Qətər noyabrın 11-də Belqradda Serbiyanın, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər