"Qərarı ürəyimlə verdim" - "Tottenhem"in yeni transferi

"Qərarı ürəyimlə verdim" - "Tottenhem"in yeni transferi

"Tottenhem"in yeni transferi Radu Drequşen keçidini şərh edib.

Fanat.Az xəbər verir ki, "Cenoa"nı İngiltərə təmsilçisinə dəyişən rumın müdafiəçi yeni klubunun saytına danışıb:

"Tottenhem"in mənimlə maraqlandığını eşidəndə təklifi dəyərləndirməyə qərar verdim. Çox uzun təhlillərdən sonra qərarımı verdim. Məncə, karyeramın ən yaxşı addımını atmışam. Bilirdim ki, komandanın əsl azarkeş ordusu, möhtəşəm əməkdaşları və futbolçuları var. Bu səbəbdən "Tottenhem"ə qoşulmağı səbirsizliklə gözləyirdim. Qərarı ürəyimlə verdim. Bu, inanılmazdır. Açığı, hər şeyin belə effektli alınacağını gözləmirdim. İndi hamı ilə tanış olmaq və oynamağa başlamaq üçün səbirsizlənirəm".

Qeyd edək ki, cari mövsüm "Cenoa" forması ilə bütün turnirlərdə 22 matça çıxan Drequşen 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər