"Qəbələ"nin sabiq çalışdırıcısının kitabı nəşr olundu

"Qəbələ"nin sabiq çalışdırıcısının kitabı nəşr olundu

"Qəbələ" klubunun sabiq baş məşqçisi Roman Qriqorçukun avtobioqrafik kitabı işıq üzü görüb.

Fanat.Az xəbər verir ki, bunu 56 yaşlı ukraynalı mütəxəssisin "meta-ratings" saytına müsahibəsində deyib.

O, "Üç ölkənin çempionu" adlı kitabının 1 000 tirajla çap olunduğunu və bir gündə satılıb qurtardığını bildirib.

Qriqorçuk öz kitabında məşqçilik karyerasının Azərbaycan dövrünə də yer ayırıb.

Qeyd edək ki, Roman Qriqorçuk 2015 - 2018-ci illərdə "Qəbələ"yə başçılıq edib. Təcrübəli mütəxəssis Latviyanın "Ventspils", Qazaxıstanın "Astana" və Belarusun "Şaxtyor" (Soliqorsk) komandalarının sükanı arxasında ölkə çempionluğunu qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər