"Qəbələ"nin rəqibləri bəlli oldu

"Qəbələ"nin rəqibləri bəlli oldu

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək "Qəbələ” hazırlıqlara sabah başlayacaq.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək. İyunun 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Baş məşqçi Elmar Baxşıyevin yetirmələri iyulun 3-də Türkiyəyə yollanacaq. “Komanda  Boludakı “Termal” otelində məskunlaşacaq.

Ayın 13-dək davam edəcək hazırlıq çərçivəsində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq. Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü Konfrans Liqasının II təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər