"Qəbələ"nin legioneri milliyə dəvət aldı

"Qəbələ"nin legioneri milliyə dəvət aldı

“Qəbələ”nin 22 yaşlı futbolçusu Omar Hani İordaniya millisinə çağırılıb. 

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi  mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "qırmızı-qaralar"ın düşərgəsindən ayrılıb.

O, millinin toplanışına qatılmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə uçub.

İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legioner həyatı yaşayan oyunçular, o cümlədən Omar komandaya sonradan qoşulub. Asiya kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoxlama görüşü ilə yekunlaşacaq. İordaniya millisi həmin gün Abu-Dabidə Yeni Zelandiya ilə üz-üzə gələcək. Bu matçdan sonra geri qayıdacaq Omar ayın 29-da “Qəbələ”nin düşərgəsinə qatılacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər