"Qəbələ"nin hücumçusu yenidən əməliyyat olundu

"Qəbələ"nin hücumçusu yenidən əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Yaovi Akakpo yenidən əməliyyat olunub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı toqolu hücumçu diz qığırdağından cərrahi müdaxiləyə məruz qalıb. Əməliyyatın uğurlu alındığı vurğulanıb. 

Akakpo 2021-ci ildə də əməliyyat olunmuşdu və bu səbəbdən demək olar ki, ötən mövsümü boşa vermişdi.

Qeyd edək ki, klub mayın 22-də toqolu futbolçu ilə 1 illik yeni müqavilə imzalayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər