“Qəbələ” klubunun yeniyetmə futbolçuları dekabrın əvvəlində Gürcüstanda futbol akademiyalarının U-15 komandaları arasında keçirilən "Dinamo Cup 2021" beynəlxalq turnirində iştirak ediblər.
Fanat.Az xəbər verir ki, təmsilçimiz 3-cü yer uğrunda görüşdə litvalılara 2:3 hesabı ilə məğlub olaraq 4-cü yerlə kifayətlənib.
Matçda qeydə alınan maraqlı məqamlardan biri "Qəbələ"nin yetirmələri vurduqları qolu “əsgər salamı” ilə qeyd ediblər.
Məlumatı tanınmış idman jurnalisti Rasim Mövsümzadə "Facebook" səhifəsində paylaşıb.
Qeyd edək ki, “Qəbələ” bu rəqibə turnirin qrup mərhələsində 4:1 hesabı ilə qalib gəlmişdi.