"Qəbələ"nin futbolçusuna cəza - İntizam Komitəsinin qərarları

"Qəbələ"nin futbolçusuna cəza - İntizam Komitəsinin qərarları

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, toplantı ölkə kubokunda 1/8 final görüşləri, Azərbaycan Premyer Liqasında XIV, I Divizionda isə XII turda baş verən qayda pozuntuları ilə bağlı ölçü götürülüb.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin MOİK – “Qəbələ” oyunu öncəsi yanğından mühafizə xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur (maddə 62.2);

MOİK klubunun nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 800 manat cərimə olunur (maddə 62.1);

MOİK klubunun futbolçusu Elşən Veysov “kobud oyun”a görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 36.1);

MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

1/8 final mərhələsinin “Zaqatala” – “Səbail” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

Premyer Liqanın XIV turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun futbolçusu Ruan Renato ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

XIV turun “Sumqayıt” – “Keşlə” oyununun 80-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);

XIV turun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

I Divizionun XII turunun “Kəpəz” – “Zaqatala” oyununda “Kəpəz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

XII turun “Turan Tovuz” – “Səbail-2”  oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

XII turun “Keşlə-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 41 nömrəli futbolçusu Anar Nəzirov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər