"Qəbələ”nin yeni transferi Patrik Robson "Instagram" səhifəsində paylaşım edib.
Fanat.Az xəbər verir ki, o, sabiq klubu “Admira Vakker”lə belə vidalaşıb:
“Bundesliqada oynamaq uşaqlıq arzum idi. Bu arzumu həyata keçirmək imkanı verdiyi üçün “Admira Vakker”ə təşəkkür etmək istəyərdim! Bu kluba həmişə minnətdar olacağam! Artıq gücümü başqa yerdə sınayacağam. "Admira Vakker"ə mövsümün qalan hissəsində uğurlar arzulayıram! Təşəkkürlər, “Admira!"
“Admira Vakker” isə futbolçunun paylaşımına bu cür reaksiya verib: "Gələcəyin üçün ən yaxşısı olsun".
Qeyd edək ki, Robson 1,5 illik icarə əsasında "Qəbələ"də oynayacaq.